XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XƏBƏRLƏR

18

MAR

2023

Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdurlar. Uşaq bağçasının birmərtəbəli binası əsaslı təmir edilmişdir. Bütün kommunikasiya sistemləri yenidən qurulmuş və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilmişdir. Binanın daxili...

ƏTRAFLI OXU

18

MAR

2023

Talış kəndində inzibati binada yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində inzibati binada yaradılan şəraitlə tanış olmuşdurlar. Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilmiş, dam örtüyü sökülərək yenidən qurulmuşdur. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilmiş və burada geniş yaşıllaşdırma işləri aparılmışdır. Binanın...

ƏTRAFLI OXU

18

MAR

2023

Talış kəndinin Baş planı əsasında görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndinin Baş planı əsasında görülən işlərlə tanış olmuşdurlar. Dövlətimizin başçısı 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. İşğaldan azad edildikdən sonra ölkə başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri...

ƏTRAFLI OXU

18

MAR

2023

Talış kəndində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində Xatirə daşına baxış keçirtmişdirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad etmişdir. Bu ərazinin işğaldan azad...

ƏTRAFLI OXU

18

MAR

2023

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Talış kəndində Novruz tonqalını alovlandırmışlar. Daha sonra dövlətimizin başçısı xalqımızı Novruz bayramı münasibətilə təbrik etmişdir. Birinci Qarabağ müharibəsi və işğal dövründə ermənilərin işğal edilmiş ərazilərdə törətdikləri vandalizm aktlarından və sülh danışıqlar prosesi zamanı atdıqları destruktiv...

ƏTRAFLI OXU

18

MAR

2023

Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olmuşdurlar. Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan...

ƏTRAFLI OXU

18

MAR

2023

Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Suqovuşan qəsəbəsində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoymuşdur. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı...

ƏTRAFLI OXU

18

MAR

2023

Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olmuşdurlar. Ərazisi bir hektar olan 144 şagird yerlik tam orta məktəbdə 12 sinif otağı vardır. Şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün sinif otaqları zəruri dərs...

ƏTRAFLI OXU

18

MAR

2023

Talış–Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası avtomobil yolunun açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər etmişdirlər. Səfər zamanı dövlətimizin başçısı Talış–Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak etmişdir. 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometr, eni isə 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə...

ƏTRAFLI OXU

16

MAR

2023

Rusiya Prezidenti Vladimir Putin ilə Prezident İlham Əliyev arasında telefon danışığı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilmişdir. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

ƏTRAFLI OXU

16

MAR

2023

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Tədbirdə iştirakı zamanı çıxış edən dövlətimizin başçısı İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələ ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, həlak olanların...

ƏTRAFLI OXU

14

MAR

2023

Prezident İlham Əliyevin Almaniya Kansleri ilə mətbuat konfransı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts martın 14-də birgə mətbuat konfransı keçirmişdirlər. Mətbuat konfransında çıxışı zamanı Prezident İlham Əliyev regional təhlükəsizlik məsələsinə toxunmuş, Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı Azərbaycanın mövqeyini bildirmiş, Birinci Qarabağ müharibəsinin nəticəsində 20 faiz Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalı...

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi