XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XƏBƏR SEÇİMİ

XƏBƏRLƏR

10

MAY

2024

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda görülən işlərlə tanışlıq və birinci tunelin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olmuşdur. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət...

ƏTRAFLI OXU

10

MAY

2024

“Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda “Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edərək kompleksi işə salmışdır. Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan “Köndələnçay-1” su anbarı 1962-ci ildə istismara verilmişdir. İşğaldan azad...

ƏTRAFLI OXU

28

APR

2024

ABŞ Dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyev arasında telefon danışığı

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Antoni Blinken, ilk növbədə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırmış, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulamışdır. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin...

ƏTRAFLI OXU

26

APR

2024

Berlində ikitərəfli görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olmuşdur. Görüş zamanı Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulamışdır. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün...

ƏTRAFLI OXU

25

APR

2024

Ağdamda Şahbulaq qalasını ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olmuşdurlar. XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751–1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilmişdir. Elmi ədəbiyyatda “Şahbulaq...

ƏTRAFLI OXU

25

APR

2024

Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdam rayonunun Xıdırlı kəndində inşa ediləcək tam orta məktəbin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasimin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirilmişdir. Xıdırlı kənd tam...

ƏTRAFLI OXU

25

APR

2024

Ağdam Konfrans Mərkəzi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olmuşdurlar. Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunmuşdur. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin – konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır....

ƏTRAFLI OXU

25

APR

2024

Ağdam Cümə məscidinin bərpadan sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak etmişdirlər. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşmış və məscid əvvəlki görkəminə qaytarılmışdır. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği...

ƏTRAFLI OXU

25

APR

2024

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olmuşdurlar. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir....

ƏTRAFLI OXU

25

APR

2024

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxmış və şəhərin Baş planı ilə tanış olmuşdurlar. Əvvəlcə ali qonağa işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verilmişdir. İnşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların...

ƏTRAFLI OXU

25

APR

2024

Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olmuşdurlar. Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilmişdir. Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır....

ƏTRAFLI OXU

25

APR

2024

Qırğızıstan Prezidentinin Füzuli rayonuna səfəri

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlmişdir. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılamışdır.

ƏTRAFLI OXU

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi