YANVAR – İYUN, 2021

12

May

“Xarıbülbül” otelinin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak etmişdirlər. Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış olmuşdur.

“Xarıbülbül” otelində ümumilikdə 49 otaq vardır. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olmuşdurlar.