ŞUŞA
12
MAY2021
“Xarıbülbül” hotelinin açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşa şəhərində “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra açılışında iştirak etmiş, hotelin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olmuşdurlar.
“Xarıbülbül” hotelində ümumilikdə 49 otaq vardır. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunmuşdur.


