XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCAVƏND

18

MART

2026

Xanoba kəndində görülmüş bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanış olmuşdurlar.

Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Kənd 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir. Kənddə mövcud olan 153 evdən 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 evin hazır olması nəzərdə tutulmuşdur.

Mart ayında ilkin mərhələdə kəndə 25 ailə – 114 nəfər qayıtmışdır. Oktyabr ayınadək daha 107 ailənin köçürülməsi planlaşdırılmışdır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 441 ailə – 1818 nəfər qayıtmışdır.

Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilmiş, eyni zamanda yeni elektrik, qaz və optik xətlər çəkilmiş, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılmışdır.

Dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olmuş, ev sakinləri ilə söhbət etmiş, daha sonra Xanobaya qayıdan kənd sakinləri ilə görüşmüşdürlər. Prezident İlham Əliyev Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırmış, kənd sakinləri ilə söhbət edərək onların bayramlarını təbrik etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi