XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

24

Dekabr

2025

Xankəndidə Zəfər parkının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak etmişdirlər.

Təməli 2025-ci ilin fevral ayında qoyulan və ümumi sahəsi 9 hektar olan Zəfər parkının girişindən Zəfər tağına doğru 44 pilləkən salınmışdır. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılmışdır. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunmuşdur.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini təcəssüm etdirən konstruksiya inşa olunmuşdur. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılmışdır. Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilmiş, fəvvarələr yaradılmış, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılmışdır. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilmişdir. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi