XANKƏNDİ
19
Fevral2025
Xankəndidə “Bulud” hotelinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak etmişdir.
Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. 45 nömrəsi olan hotel 91 qonağı eyni anda qəbul edə biləcəkdir. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcəkdir. Hoteldə 50 nəfər işlə təmin olunmuşdur.
