XANKƏNDİ
3
İyul2025
Xankəndi–Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi–Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxmışdır.
Xankəndi–Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaqdır. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcəkdir. Kanat yolunda hərəkət müddətinin 13 dəqiqəyədək, sürətin isə saniyədə 8 metr olması nəzərdə tutulur.
Sözügedən layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında da mühüm rol oynayacaqdır.
