XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

3

İyul

2025

“Xankəndi” Biznes Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak etmişdir.

Dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, sözügedən mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcəkdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu biznes mərkəzi funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcəkdir.

“Xankəndi” Biznes Mərkəzi rezident şirkətlər üçün müasir və rahat işgüzar mühit təklif edəcəkdir. Müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu mərkəz həm də məşğulluğun artırılmasına töhfə verəcəkdir. İlkin mərhələdə biznes mərkəzində 20 nəfər çalışacaqdır ki, onlardan 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranı olacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi