XANKƏNDİ
4
İyul2025
Xankəndidə Türkiyə Prezidenti ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu vurğulamışdır. Prezident İlham Əliyev Zirvə görüşündə iştiraka görə Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirmişdir. Görüş zamanı Azərbaycan–Türkiyə qardaşlığına və strateji müttəfiqliyinə bir daha diqqət çəkilmişdir. Türkiyə Prezidenti Azərbaycanın yanında olduqlarını bəyan edərək bu mövqenin daim davam edəcəyini qeyd etmişdir. Prezident İlham Əliyev də Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirmişdir.
Görüşdə iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
