XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

25

Fevral

2026

Xanabad kəndində görülmüş işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olmuşdurlar.

Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşən Xanabad kəndi 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı işğaldan azad edilmişdir. Kənddə ümumilikdə 276 ev mövcuddur ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunmuşdur. Bu ilin sonunadək daha 41 evin istismara hazır olması nəzərdə tutulmuşdur. Fevral ayında kəndə 38 ailə – 154 nəfər qayıtmışdır.

Xanabadda bir sıra sosial layihələr icra olunmuşdur. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilmiş, yeni elektrik, qaz və optik xətlər çəkilmiş, subartezian quyularında və su anbarında təmir işləri aparılmış, 2 yeni su anbarının qurulmasına başlanılmışdır. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilmiş, kənddaxili yollar bərpa olunmuşdur. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılmış, Xanabad gölünün sahilində park salınmış, estakada inşa edilmiş və Dövlət Bayrağı ucaldılmışdır.

Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində olmuş, ev sakinləri ilə söhbət etmişdirlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi