ŞUŞA
12
MAY2021
“Xan qızı” bulağında bərpa işləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada bərpa-quruculuq işləri tamamlanmış olan “Xan qızı” bulağında olmuşdurlar.
Ailə üzvləri ilə birlikdə “Xan qızı” bulağının suyundan içən Prezident İlham Əliyev Natəvan bulağının bərpa edildiyini, artıq bulaqdan yenidən su axdığını və Şuşa sakinlərinin, eləcə də qonaqların istifadəsinə verildiyini bildirmişdir. Dövlətimizin başçısı mənfur düşmənin bu bulağı və şəhərin digər bulaqlarını qurutduğunu, lakin bu gün Şuşanın dirçələrək öz rəmzlərini yenidən bərpa etdiyini vurğulamışdır.

