XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

8

Noyabr

2025

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak etmişdirlər. Azərbaycan, Türkiyə və Pakistanın dövlət himnləri səsləndirilmiş, ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Prezident İlham Əliyev çıxışında milli birliyin, güclü ordunun və müstəqil siyasətin Zəfərin əsas amilləri olduqlarını vurğulamış, Şuşanın azad edilməsinin gedişatı dəyişdiyini, Azərbaycanın ərazi bütövlüyünü öz gücü ilə bərpa etdiyini bildirmişdir. Dövlətimizin başçısı “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun sürətlə dirçəldiyini qeyd etmişdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitqində “bir millət, iki dövlət” birliyinin sarsılmazlığını, Qarabağ Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olduğunu demiş, bölgədə davamlı sülhün vacibliyini vurğulamışdır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə Qarabağ Qələbəsini ədalətin təntənəsi adlandıraraq Pakistan–Azərbaycan strateji həmrəyliyinin əhəmiyyətini və sülhə dəstəyini ifadə etmişdir.

Dövlət başçılarının çıxışlarından sonra hərbi parad başlamışdır. Parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq etmişdir.

Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, eləcə də Türkiyə və Pakistan hərbçiləri tribuna qarşısından keçid etmişdirlər. Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzərin sahil sularında döyüş hazırlığı nümayiş etdirmişdir. Meydan boyunca “T-90S”, “BTR-82A”, PUA və raket sistemləri daxil olmaqla müxtəlif hərbi texnika təqdim olunmuşdur.

Paytaxt səmasında Azərbaycan, Türkiyə və Pakistan respublikalarının dövlət bayraqlarını daşıyan, həmçinin ümummilli lider Heydər Əliyevin portretini nümayiş etdirən “Mİ-17” döyüş-nəqliyyat helikopterləri Bakı səmasında nümayiş uçuşları etmişdir. Aviasiya nümayişləri Azərbaycanın “MFİ-17” və “L-39” təlim təyyarələrinin, “SU-25-Laçın”, “JF-17”, “C-27J”, “İL-76” hərbi-nəqliyyat və qırıcı təyyarələrinin, Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” çoxməqsədli qırıcı təyyarələr beşliyinin uçuşları ilə davam etmişdir. Parad Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücum təyyarələrinin nümayişi ilə yekunlaşmışdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi