XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

10

MAY

2024

Turşsu qəsəbəsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoymuşdur.

İşğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra Turşsu qəsəbəsi azərbaycanlıların ən sıx yaşadıqları ikinci yaşayış məntəqəsi olmuşdur. Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşən qəsəbə 1992-ci il mayın 15-də işğal edilmişdir. 1989-cu ildə aparılmış siyahıyaalmaya əsasən qəsəbədə 755 nəfər yaşamışdır. Qəsəbədə fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziya ötürücü qurğusu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və s. binaları olmuşdur. İşğal nəticəsində buradakı bütün infrastruktur tam dağıdılmışdır.

Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaqdır. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi