FÜZULİ
23
İyun2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfərinin başa çatması
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iyunun 23-də başa çatmışdır.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salmışdır.

