FÜZULİ
17
İyul2025
Türkmənistan Xalq Məsləhətinin sədrinin Füzuli rayonuna səfəri
Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlmişdir.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılamışdır. Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilmişdir.

