AĞDAM
20
Sentyabr2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev arasında telefon danışığı
Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılmışdır.