5
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoymuşdur.
Ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaqdır. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcəkdir. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur. Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaqdır.