YANVAR – İYUN, 2023

5

May

Tuğ kəndində həyata keçiriləcək turizm layihələri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya mayın 5-də Xocavənd rayonuna səfərləri zamanı Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilmişdir.

Dövlət Turizm Agentliyinin Tuğda təqdim etdiyi turizm konseptual yanaşma çərçivəsində üç istiqamət – tarixi-memarlıq üslubunu qorumaqla mədəni turizmin inkişaf etdirilməsi, təbiət resurslarından səmərəli istifadə edib ekoturizm və “yaşıl destinasiya” konseptində turizm sənayesinin inkişaf etdirilməsi və aqroturizm resurslarından istifadə etməklə dayanıqlı və icma əsaslı turizm inkişaf konsepsiyası üzrə layihələrin həyata keçirilməsi planlaşdırılır.