YANVAR – İYUN, 2023

27

May

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda inşa edilmiş tunellərdə görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də uzunluğu 82 kilometr olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda inşa edilmiş tunellərdə görülən işlərlə tanış olmuşdur.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaqdır. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanmışdır. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.