YANVAR – İYUN, 2023

18

Mart

Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndindəki uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdurlar.

Uşaq bağçasının birmərtəbəli binası əsaslı təmir edilmişdir. Bütün kommunikasiya sistemləri yenidən qurulmuş və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə və fövqəladə hal xəbərverici sistemləri ilə təchiz edilmişdir. Binanın daxili hissəsi bütün lazımi texniki xidmət avadanlığı ilə təchiz olunmuşdur. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunmuşdur.