YANVAR – İYUN, 2023

18

Mart

Talış kəndindəki məktəb binasında yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndindəki 78 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olmuşdurlar.

İkimərtəbəli binanın bərpası və yenidən qurulması həyata keçirilmişdir. Dam örtüyü tamamilə yenilənmiş, kommunikasiya sistemləri yenidən qurulmuşdur. Bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilmişdir. Təhsil ocağının binasının birinci və ikinci mərtəbələrində sinif, tibb və müəllim otaqları, mansardda isə akt zalı və kitabxana yerləşir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları yaradılmışdır.