YANVAR – İYUN, 2023

18

Mart

Talış kəndində inzibati binada yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində inzibati binada yaradılan şəraitlə tanış olmuşdurlar.

Mövcud ikimərtəbəli inzibati bina əsaslı təmir edilmiş, dam örtüyü sökülərək yenidən qurulmuşdur. İnzibati binanın qarşısındakı ərazidə kənd meydanının bərpası həyata keçirilmiş və burada geniş yaşıllaşdırma işləri aparılmışdır. Binanın bütün kommunikasiya sistemləri yenidən qurulmuşdur. İnzibati bina yanğın siqnalizasiya, rabitə və videomüşahidə sistemləri ilə təchiz edilmişdir.