ŞUŞA
11
İyul2026
Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət–özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olmuşdur.
Burada dövlət–özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən müxtəlif təyinatlı 10 bina, o cümlədən mehmanxana, apart-hotellər, ofislər və iaşə obyektləri inşa edilmişdir. Tikinti işləri zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilmişdir.

