XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

12

MAY

2021

Şuşada yeni məscidin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva may ayının 12-də Şuşa şəhərində yeni məscidin təməlqoyma tədbirində iştirak etmişdirlər.

Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaqdır. Günbəzi mozaika ilə bəzədiləcək ikiminarəli məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilmişdir. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcəkdir. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcəkdir.

Şuşada yeni məscidin təməlini qoyan Prezident İlham Əliyev məscidin tikintisi barədə qərarı çoxdan verdiyini, Şuşa azad olunduqdan sonra isə onun memarlığı üzərində düşündüyünü bildirmişdir. Dövlətimizin başçısı Şuşada vaxtilə 17 məscidin mövcud olduğunu, lakin onların hamısının ermənilər tərəfindən dağıdıldığını, Yuxarı Gövhər Ağa məscidinin isə artıq təmirdən çıxdığını vurğulamışdır. O, məscidin təməlqoyma gününün də təsadüfi seçilmədiyini, Ramazan bayramı ərəfəsində bu mərasimin keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığını qeyd etmişdir.

8 rəqəmini əks etdirəcək məscidin memarlıq üslubu rəmzi xarakter daşıyır və Şuşanın işğaldan azad edildiyi və artıq rəsmi olaraq Azərbaycan tarixinə Zəfər Günü olaraq düşən 8 noyabr tarixini özündə təcəssüm etdirəcəkdir. Məscidin iki minarəsi isə Şuşa və Qarabağın tam işğaldan azad edildiyi noyabr ayını özündə ehtiva edən 11 rəqəmini əks etdirəcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi