İYUL – DEKABR, 2023

7

Noyabr

Şuşada “Yasəmən” hotelinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” hotelinin açılışında iştirak etmişdirlər. Dövlətimizin başçısı və birinci xanım hotelin həyətində yasəmən ağacı əkmişdirlər.

Autentik üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri orta əsr Şuşa şəhərini xatırladır. Hotel “double”, “twin” və “junior” tipli otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir.