9
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoymuşdur.
A və B korpuslarından, həmçinin ofis binasından ibarət binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulmuşdur. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcəkdir.