YANVAR – İYUN, 2023

9

May

Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsindəki lövhələrin açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-də Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsindəki lövhələrin açılışında iştirak etmişdir.

Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10–15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10–13 metr təşkil edəcəkdir.