ŞUŞA
17
İyul2025
Şuşada Mehmandarovların malikanə kompleksinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olmuşdurlar.
Qonağa XVIII əsrdə inşa olunmuş böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleks barədə məlumat verilmişdir. Zəngin memarlıq irsinin nümunəsi olan kompleks Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuşdur. 2021-ci ildən başlayan bərpa işləri nəticəsində ailə məscidi, bulaq və yaşayış binaları əvvəlki görkəminə qaytarılmışdır. Kompleksdə “Qarabağ zadəganının evi” mövzusunda muzey ekspozisiyası da qurulmuşdur. Burada XIX–XX əsrlərə aid 150-dən çox əntiq əşya sərgilənir.
