İYUL – DEKABR, 2023

7

Noyabr

Şuşada Mamayı məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olmuşdurlar.

Məscid Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Düzbucaqlı quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri vardır. Hazırda məsciddə “Paşa Holdinq”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir. Bərpa işləri Mamayı bulağını da əhatə edir.