ŞUŞA
17
İyul2025
Şuşada inşa edilmiş 1-ci yaşayış kompleksinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olmuşdurlar.
23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Prezident İlham Əliyev qoymuşdur. Yaşayış kompleksində ümumilikdə 450 mənzil vardır. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilmişdir. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülmüşdür. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.

