ŞUŞA
23
İyun2026
Şuşada güllələnmiş heykəllərə baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxmışdırlar.
Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində xilas edilərək Azərbaycana gətirilən bu büstlər bir müddət Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılmış, Şuşa azad olunduqdan sonra isə əvvəlki yerlərinə qaytarılmışdır.

