ŞUŞA
16
Sentyabr2025
Şuşada geniştərkibli görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sentyabrın 16-da Şuşada geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Qarabağa səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq iki ölkə arasında qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirmişdir. Görüş zamanı bərpaolunan enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi qeyd olunmuşdur. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ikitərəfli əlaqələrin ardıcıl inkişaf etdiyini vurğulayaraq strateji tərəfdaşlığın daha da gücləndirilməsinə önəm verdiklərini bildirmişdir. O, həmçinin regionda sülh və əməkdaşlığın bərqərar olmasına Birləşmiş Ərəb Əmirliklərinin dəstəyini ifadə etmişdir.
Görüş çərçivəsində iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də daxil olmaqla energetika, nəqliyyat, süni intellekt, turizm və digər sahələr üzrə çoxsaylı sənədlər imzalanmışdır.
