XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

5

İyul

2024

Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

Ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılmışdır. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılmış, geniş yaşıllıq zonası salınmışdır. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin filialları (poçt, rabitə qovşağı) fəaliyyət göstərəcəkdir.

Burada fəaliyyət göstərəcək qurumlarda 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur. Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilmişdir. Buradakı Şuşa Regional “ASAN xidmət” Mərkəzində 21 nəfər çalışacaqdır. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından (köç siyahısından) seçilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi