ŞUŞA
23
İyun2026
Şuşada Bülbülün ev-muzeyini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olmuşdurlar.
Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilmişdir. 1982–1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulmuş və önündə inzibati bina tikilmişdir. Ev-muzey işğal zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdır.
Şuşa şəhərinin işğaldan azad olunmasından sonra ev-muzeyinin bərpasına başlanılmış, həyətdə Bülbülün yeni büstü ucaldılmışdır. Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törətdikləri cinayətlərin əyani sübutu kimi burada saxlanılır.

