ŞUŞA
17
İyul2025
Şuşada Bülbülün ev-muzeyini ziyarət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olmuşdurlar.
Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa Bülbülün burada anadan olduğunu və uşaqlıq illərini bu evdə keçirdiyini bildirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə ev muzeyə çevrilmiş, 1992-ci ildə isə Birinci Qarabağ müharibəsi zamanı vandalizmə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşanın azad olunmasından sonra muzey bərpa olunmuş və 2021-ci ilin avqustunda yenidən açılmışdır. Muzeyin həyətində Bülbülün yeni büstü ucaldılmış, işğal dövründə zədələnmiş büst isə erməni vəhşiliyinin sübutu kimi saxlanılmışdır.
