ŞUŞA
19
Sentyabr2024
Şuşada Bayraq Meydanının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak etmişdir.
Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılmışdır. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmışdır.
Bayraq Meydanı amfiteatr ilə əhatələnmişdir. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunmuşdur. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilmişdir. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılmışdır.
Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.
