İYUL – DEKABR, 2023

7

Noyabr

Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçirmişdirlər.

Peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi. Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxmış, tapşırıq və tövsiyələrini vermişdir.