XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

ŞUŞA

21

APREL

2022

Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olmuşdur.

Aparılan kompleks işlər çərçivəsində Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Dövlətimizin başçısı Şuşa şəhərində tullantıların idarə olunması poliqonunda gedən işlərlə tanış olmuşdur. Burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcəkdir. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulmuşdur. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaqdır. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcəkdir.

Prezident İlham Əliyev Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının da tikintisi ilə tanış olmuşdur. Hazırda binada işlər tamamlanmaq üzrədir. Şəhərin arxitekturasına uyğun tikilən binada hər cür şərait yaradılacaqdır.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi