YANVAR – İYUN, 2023

10

May

Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoymuşdur.

Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcəkdir. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaqdır.