AĞDƏRƏ
18
MART2025
Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi və sakinlərə açarların təqdim olunması mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmiş, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmişdirlər.
Kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınmışdır. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil vardır. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında əsaslı təmir işləri aparılmışdır. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su-elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilmişdir. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunmuşdur. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və ikimərtəbəli hotel binasında əsaslı təmir işləri aparılmışdır.
Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etmiş, xatirə şəkilləri çəkdirilmişdir.

