XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDƏRƏ

18

MART

2023

Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri və turizm infrastruktur obyektlərinin tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olmuşdurlar.

Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılmışdır. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmir işləri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılmışdır. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi