YANVAR – İYUN, 2023

18

Mart

Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olmuşdurlar.

Ərazisi bir hektar olan 144 şagird yerlik tam orta məktəbdə 12 sinif otağı vardır. Şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilmişdir. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana vardır. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədirlər. Təhsil ocağının həyətində abadlıq işləri görülmüş, futbol, basketbol və açıq oyun meydançaları yaradılmışdır.