AĞDƏRƏ
18
MART2025
Suqovuşan kəndində məscidin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak etmişdirlər.
Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulmuşdur. Məscidin həyəti də yaşıllaşdırılmışdır. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunmuşdur.
