XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

CƏBRAYIL

5

MAY

2023

Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənmişdir. Yolun hərəkət hissəsinin eni 14,5 metr, torpaq yatağının eni isə 21,5 metrdir.

Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilmişdir. Yolun üzərindəki 6 körpünün tikintisi başa çatmışdır. Yol boyunca 18 avtobus dayanacağı quraşdırılmışdır. Yeni avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi