XOCAVƏND
14
Sentyabr2025
Sos kəndinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olmuşdur.
2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən Sos kəndində mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunmuş, 2 transformator quraşdırılmış, sayğaclaşdırma prosesinə başlanılmışdır. Burada 3 su anbarı təmir edilmiş, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilmişdir.
Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır və burada 10 ailə (46 nəfər) məskunlaşmışdır. İlin sonunadək daha 75 evin, 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.
Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Hamlet Gülməmmədovun evində yaradılan şəraitlə tanış olmuş, ailə üzvləri ilə söhbət etmişdir.
