XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

15

Sentyabr

2025

Seyidbəyli kəndinə səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olmuşdur.

2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndin sosial infrastrukturunun qurulmasına başlanılmışdır. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunmuş, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilmişdir. Magistral qaz xətləri çəkilmiş, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilmiş, içməli su şəbəkəsi yenidən qurulmuşdur. Kənddə bayraq meydanı salınmış, kənddaxili yollar asfaltlanmışdır.

Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilmişdir. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaqdır. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçmüşdür.

Səfər çərçivəsində dövlətimizin başçısı kəndə köçmüş Rasim Ələkbərovun evində olmuş, ailə üzvləri ilə söhbət etmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi