XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

27

MART

2025

Sarıcalı kəndinin birinci mərhələsinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etmişdirlər.

Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoymuşdur. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılmışdır. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə iki mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulmuşdur.

Birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunmuşdur. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılmışdır. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılmış, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilmişdir. Burada sosial məsələlər də öz həllini tapmışdır. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilmiş, qaz təchizatı təmin olunmuşdur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olmuşdurlar. Dövlətimizin başçısı və birinci xanım yeni mənzillərə köçən sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim etmiş, kənd sakinləri ilə söhbət etmişdirlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi