AĞDAM
27
MART2025
Sarıcalı kəndində çoxfunksiyalı inzibati binanın açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak etmişdirlər.
Kəndin girişində inşa edilmiş bu binada bir sıra qurumlar fəaliyyət göstərəcəkdir. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaqdır. Binada müxtəlif iclas və iş otaqlarında işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün şərait mövcuddur.
Kənddə inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılmışdır. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcəkdir.
