AĞDAM
27
MART2025
Sarıcalı kənd tam orta məktəbinin binasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kənd tam orta məktəbinin binasının açılışında iştirak etmişdirlər.
14 sinif otağı olan 360 şagird yerlik məktəbdə təhsil prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilmişdir. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılmışdır. Məktəbin ərazisində idman meydançası inşa olunmuşdur. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcəkdir. Ərazidə oyun və istirahət sahələri yaradılmış, yaşıllıqlar salınmışdır.
